Bakıda yol qəzası olub, sıxlıq yaranıb

Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, bu səbəbdən də metronun “20 Yanvar”stansiyası istiqamətində sıxlıq var.

Yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub. Sıxlığın aradan qaldırılması üçün işlər görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR