UEFA “Qarabağ”ı muştuluqladı: "Milyonlarla pul sizi gözləyir"

Növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" bu uğur sayəsində büdcəsini zənginləşdirəcək.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi qitənin ikinci dərəcəli turnirində qruplara qalaraq 3,63 milyon avro qazanıb.

“Köhlən atlar” AL-də keçirəcəyi 6 görüşdə də əlavə vəsait əldə edə bilər.

Belə ki, Avropanın ali futbol qurumu qruplarda hər qələbəyə 630 min, heç-heçəyə isə 230 min avro verir. Qrup lideri olacağı təqdirdə 1,1 milyon avro, ikinci pilləni tutacağı halda isə bu məbləğin yarısını qazanacaq.

Təmsilçimiz 1/8 finala vəsiqə qazansa, əlavə olaraq 1,2 milyon avro gəlir əldə edəcək. Pley-offda iştiraka görə isə 500 min avro ödəniləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR