"Jony" ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseyn Bakıdan paylaşım edib.
Metbuat.az xəbər verir ki, amerikalı pop-rok qrupu “İmagine Dragons”un konserti üçün Bakıya gələn müğənni Dənizkənarı Milli Parkda gəzintiyə çıxıb. O, Bakının gözəlliyini və tarixi yerləri nümayiş etdirmək üçün fotosessiya etmək istədiyini bildirib.