Rövşanə Ağasəfqızı bu kanalda çalışacaq

Xəbər verdiyimiz kimi, aparıcı Rövşanə Ağasəfqızı "Space TV"dən işdən çıxarılıb.

Metbuat.az "Axşam.az"a istinadən xəbər verir ki, o, MTV-də fəaliyyətini davam etdirəcək.

Rövşanə kanal rəhbərliyi ilə görüşüb və təklifi qəbul edib.

Qeyd edək ki, R.Ağasəfqızı Axşam.az-a açıqlamasında "Hazırda məzuniyyətdəyəm. Bu gün "Space TV"nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə söyləmədi. Mənim üçün gözlənilməz oldu. Maraqlı layihə olarsa, iş təkliflərini dəyərləndirməyə hazıram" sözlərini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı