"Mançester Yunayted"in müdafiəçisi Erik Beyi bundan sonra "Beşiktaş" forması geyinəcək.

Metbuat.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kotdivuarlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Bayi ötən mövsüm Fransada - "Marsel"də çıxış edib.