"Yeniçağ.az" saytının 16 yaşı olur

Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 16 yaşı tamam olur.

Metbuat.az bildirir ki, saytın əsası 2007-ci ilin sentyabrın 5-də qoyulub. "Yeni Çağ” 2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirərək türk (Yenicag.info) və rus (Yenicag.ru) dillərində, həmçinin 2018-ci ildən Yenicag.tv video portalı vasitəsilə oxucuları informasiya ilə təmin etməyə başlayıb, mediaqrup halını alıb.

Sayt vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

“Yeni Çağ”ın təşkilatçılığı ilə baş tutan tədbirlərdə Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, İraq və digər ölkələrdən tanınmış ekspertlər, telejurnalistlər, siyasi və ictimai xadimlər iştirak ediblər.

Metbuat.az kollektivi adından “Yeni Çağ”da çalışan həmkarlarımızı təbrik edirik!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR