“Gənclər Davamlı İnkişaf üçün” layihəsi başa çatdı - FOTO

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Yardımlıda gənclərin fərdi inkişafına yönəlik “Gənclər Davamlı İnkişaf üçün” düşərgəsinin icrası başa çatıb.

Metbuat.az xəbər verir ki, layihənin əsas məqsədi gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artması ilə rəqabətədavamlı gənclər şəbəkəsinin inkişafına töhfə vermək olub.

Layihə çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri və onun tədbiq sahələri”, “Qeyri-formal təhsil və onun prinsipləri”, “Layihələrin yazılması prosesində ideyanın formalaşdırılması”, “Gənclərlə işdə rol modeli” və digər mövzular olmaqla ümumilikdə 14 istiqamətdə təlim sessiyası keçirilib. Düşərgə müddətində həmçinin müxtəlif komanda oyunları və qrup işləri baş tutub, gənclər öz bilik və bacarıqlarını qeyri-formal təhsil metodları vasitəsilə təkmilləşdiriblər.

Diqqətə çatdırılıb ki, layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər. Layihənin davamlılıq mərhələsində 2 minə yaxın gəncin birbaşa iştirakı planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı