Ermənistan Ukraynaya yardım göndərir - KİV

Ermənistan baş naziri Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın bu gün Kiyevə gedəcəyi gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə Azadlıq radiosunun Ermənistan bürosu məlumat yayıb.

Qeyd edilib ki, Akopyan Ukraynanın birinci xanımın Olena Zelenskayanın təşəbbüsü ilə ənənəvi birinci xanımlar və həyat yoldaşlarının illik sammitində iştirak edəcək.

Tədbir iştirakçılarını Ukrayna Prezidenti Vladimir Zelenski açılış nitqi ilə qarşılayacaq.

Samitdə Böyük Britaniya, Yaponiya, Türkiyə, İspaniya, Çexiya, Danimarka, İsrail və bir sıra digər ölkələrin liderlərinin həyat yoldaşları və ərləri, Avropa İttifaqının yüksək vəzifəli qadın məmurları, tanınmış jurnalistlər, tanınmış aktyorlar iştirak edəcək. Builki sammitin mövzusu psixi sağlamlıqdır.

Nəşr qeyd edib ki, Ermənistan Ukraynaya ilk dəfə humanitar yardım göndərir. Anna Akopyanın yardımı bu gün Kiyevə çatdıracağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR