"Savaş fleytası" - Tural İsmayılovun şeirləri

Şeirlər ruhumuzun zəfər zəngi

Səsə gizlənib bircə ümid çırpıntısı

Bəzən gözləmədiklərinin ahıdır

Təkliyinin qarğışı,

Qəlbin kövrək notlarını unudanda

Şeirlər ruhumuzun zəfər zəngidir.

Payız küləyinin əsintisindən baxır hisslərimiz,

“Necə edim ki ölməyim” sualının cavabıdır

Şeirlərdəki misralar,

İnsan ləyaqəti ağlaya bilməyəndə

Saxta təbəssüm həyatın maskasıdır.

Unudulub itənlərdədir qəzəbimizin açarı

İnsanlar qəbiristanlıqlarda ölmürlər

Yaşamaqdan həzz almayanda,

“Artıq səni istəmirəm” duyanda

Ölmək nəfəs almaqdan da yaxşıdır.

Vaxtınd qədrini bilmədiklərimiz keçmişimizdir

Gələcəyimizin də bir parçasıdır

Heç vaxt beyindən silinməyənlər,

Bir gün peşmanlıqdır,

Əvvəldə buraxdıqlarımızın içimizdəki kölgələri.

Mən üsyankar misraların sonsuz vergülü

Danışa bilməyəndə sığndığımızdır

Poeziyanın misilsiz ruhu,

Amma həm də gedə bilməməkdir,

İtə bilməməkdir,

Yox olmamaqdır,

“Bəlkə bir gün...” ümidi.


RƏNGLƏR

Mən səni rənglərin harmoniyası kimi sevirdim

Nə az, nə çox,

Bir az qədərində,

Bəlkə bir az da artıq.

Qırmızı rəng kimi parıldayırdı saçların,

Sənin qızılı saçlarında dəniz tufanları kimi olurdum.

Sarı rəngin melodikliyi idi gülüşlərin,

Sən güləndə dünya dururdu sanki

Bir addım daha atmaq üçün sənə

Saatlarla savaşır,

Saniyələri qovurdu aşiqin.

Yaşıl rəngin oyanışı idi gözlərin

Təbiət canlanırdı baxışlarında

Solan yarpaqlar diçəlir

Sanki payız heç olmurdu sən güləndə.

Bənövşəyi rəng idi ən sevdiyimiz rəng,

Bir az güldürürdü,

Bir az zövq verirdi mübahisələrimiz.

Bir anlıq sükut çökəndə

Sanki rənglərdə solurdu köksümüzdə.

Səni bəmbəyaz sevirdim,

Ağ rəngdə idi sevginin rəngi,

Sevmək elə ağ bayraq qaldırmaq idi,

Sevginə ağ bayraq qaldırıb

Gözəlliyinə təslim idi varlığım.


Savaş fleytası

Yenə hansısa bir uzaq nöqtədə

Planlar cızılır, savaşlar hazırlanır.

Atılan hər güllə

Bir körpənin yetimliyi,

Bir ailənin hüznü,

Bir qadının əbədi təkliyi,

Bəşəriyyətin sonsuz korluğu olur.

Dünyanı xilas edə bilməyənlərin

Bəşəri bəlasıdır savaş fleytası.

Tarixi qəhərə boğan

Qorxu keçmişi,

Kədər yaddaşı,

Unuda bilməmək rəmzidir savaş fleytası.

Həm də...

Həm də...

Şahlanış,

Qürur,

Milli birlik musiqisinin memarıdır svaş fleytası.

Tural İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı