Sentyabr döyüşlərindən 1 il ÖTDÜ

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş sentyabr döyüşlərinin 1 ili tamam olur.

Metbuat.az xəbər verir ki, Vətən müharibəsindən sonra ən qanlı toqquşma isə məhz 2022-ci ilin sentyabrında verib.

Ermənistan silahlı qüvvələrinin bölmələri 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Düşmənin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Ermənistanın məhz bu əməli və genişmiqyaslı təxribatı Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində döyüş toqquşmasına səbəb olub.

Ordumuzun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

Azərbaycan Ordusu düşmənə layiqli cavab verib. Sərhəddə baş verən bu hərbi toqquşma nəticəsində Ermənistan silahlı qüvvələri ciddi itkilərə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 12-14 sentyabr döyüşləri zamanı Ordumuzun 80 hərbi qulluqçusu şəhid olub, 282 döyüşçümüz isə yaralanıb. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də xəsarət alıb.

Sentyabr döyüşlərində Ermənistan tərəfi daha ciddi itki verib. Belə Ermənistan rəsmilərinin bildirdiyinə görə, düşmən 224 hərbçisini ölüb, daha 3 nəfər isə itkin düşüb. Ermənilərin 300-dən çox hərbi qulluqçusu yaralanıb.

Ümumilikdə, qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 8 strateji əhəmiyyətə malik yüksəklik nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı