Ermənistan ordusunun əsgəri intihar etdi

Ermənistan ordusunun əsgəri Aleks Suren Avanesyan aldığı güllə yarasından ölüb.

Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistanın İstintaq Komitəsinin ilkin rəyinə görə, əsgər intihar edib.

Hadisə ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı