Xarici işlər nazirindən sonra müdafiə naziri də yoxa çıxdı

Çində keçmiş xarici işlər nazirindən sonra bu dəfə müdafiə nazirindən xəbər yoxdur.

Metbuat.az xəbər verir ki, Çinin müdafiə naziri Li Şanfu 15 gündür itkin düşüb. Ölkə mətbuatı nazirin harada olduğuna cavab axtarır. Li sonuncu dəfə avqustun 29-da Pekində keçirilən forumda çıxış edib. Çinli nazir bundan sonra heç bir tədbirə qatılmayıb və ictimaiyyət arasında görünməyib. Məsələ ilə bağlı Pekin administrasiyasından hələlik rəsmi açıqlama verilməyib. 15 gündür xəbər alınmayan nazir Linin həbsdə ola biləcəyi iddia edilir.

Qeyd edək ki, Çinin müdafiə naziri Li Şanfu bu il posta gətirilib. Bundan əvvəl keçmiş xarici işlər naziri Çin Gang yoxa çıxıb. Ardınca onun postundan uzaqlaşdırıldığı açıqlanıb. Qərb mediasının iddiasına görə, Çin Gang Qərb ölkələri ilə gizli əməkdaşlıqda ittiham edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı