Müğənni Xatun Əliyeva mərhum stilist qardaşı Balaşla bağlı paylaşım edib.
Metbuat.az axsam.az xəbər verir ki, ifaçı Balaşın əkizlərinin ad günü olduğunu vurğulayıb.
Xatun "Zəhra və Firanın 6 yaşı tamam olur. Ürəyimdə o qədər sözlər var, amma fikrimi cəmləşdirib yaza bilmirəm. Əslində nə hisslər keçirdiyimi dilimə də gətirə bilmirəm. Yalnız Allah bilir, yenə də bu günə şükür edirəm. Rəbbimdən iki gül qızlarım üçün sağlamlıq, uzun ömür, gözəl bəxt, iman, ağıl, savad istəyirəm. Can parçalarım, Allah sizi qorusun. Balaşım, ruhun şad olsun, nurlar içində yat" deyə, əkizləri təbrik edib.