Portuqaliyalı ulduz türk klubuna keçə bilər

Birləşmiş Ərəb Əmirliklərinin "Al Wahda" komandasında çıxış edən 34 yaşlı futbolçu Adrien Silva Türkiyədə futbol oynamaq istəyir.

Metbuat.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Kocaelispor"la danışıqlar aparır. Türkiyə mediasının məlumatına görə, "Sportinq Lissabon" və "Lester Siti" kimi önəmli klublarda çıxış etmiş portuqaliyalı yarımmüdafiəçi ilə danışıqlar məhsuldar alınıb.

Klub prezidenti Engin Koyun bildirib ki, futbolçu ilə müqavilənin detalları müzakirə edilir.

Qeyd edək ki, ötən mövsüm "Əl Vahda"nın heyətində 25 matçda iştirak edən Silva bu matçlarda 4 qol vurub, iki məhsuldar ötürmə edib. 2017-ci ildə "Sportinq Lissabon"dan 20,5 milyon avroya "Lester Siti"yə transfer olunan Silvanın Premyer Liqadakı oyunu uğurlu alınmayıb.

Bir müddət “Monako” və “Sampdoriya”da da çıxış edən Silva 6 və 8 nömrəli mövqelərdə çıxış edir. 26 dəfə Portuqaliya millisində çıxış edən futbolçu "Sportinq Lissabon"la iki dəfə Portuqaliya Liqası çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı