Çox şadıq ki, humanitar konsensus əldə edildi - BQXK rəsmisi

BQXK hazırda həm Laçın, həm də Ağdam yolundan keçməklə yük maşınları ilə insanlara lazım olan humanitar yükü çatdırdı. Bu un və tibbi ləvazimatlardır.

Metbuat.az bildirir ki, bunu Trend-ə açıqlamasında BQXK nin ictimaiətlə əlaqələr şöbəsinin rəsmisi İlahə Hüseynova bildirib.

“Çox şadıq ki, qərar verənlər humanitar konsensusa gəldi və bu əməliyyat baş verdi. Biz ümüd edirik ki, humanitar konsensus insanlara lazım olan yardımı davamlı şəkildə çatdırılmasında dəstək olacaq. Dekabr ayından bəri BQXK humanitar fəaliyyət həyata keçrir. Dekabr ayından bu günə kimi 800-dən artıq insanın tibbi təxliyəsi həyata keçirilib. Həmçinin bu tibbi təxliyələr zamanı Laçın yolu vasitəsilə müəyyən tibbi ləvazimatlar da çatdırılıb. Amma son zamanlarda böyük miqyaslı tibbi ləvazimat və yaxud da, böyük miqyaslı humanitar yardım çatdırmaq mümkün olmayıb. Bu gün onu da həyata keçirə bildik. BQXK-nın əməliyyatları həyata keçirməsi üçün qərar verənlərin razlığı olmalıdır. Qərar verənlərin razlığı olduqda biz əməliyyat barədə məlumatları əvvəlcədən bölüşmək şərti ilə həyata keçiririk. Yəni humanitar konsensus olmalıdır ki, biz əməliyyatları həyata keçirək” – BQXK rəsmisi bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı