Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Hadisə yerli vaxtla saat 08:00-da qeydə alınıb.
Zəlzələnin episentrinin paytaxt Tbilisidən 4 kilometr aralıda yerləşən Lelubani kəndi olduğu bildirilib.
Həmçinin, zəlzələ Tbilisidə də hiss olunub.