Ermənistan "silkələnir" - 200 nəfər saxlanıldı / YENİLƏNİB - 3

Hazırda Ermənistanda 200-dən çox aksiyaçının saxlandığı bildirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan sosial şəbəkədəki paylaşımında yazıb. O qeyd edib ki, polisin zorakılığına baxmayaraq, paytaxtda və bölgələrdə itaətsizlik aksiyaları davam edir.


10:34

Ermənistanda baş tutan itaətsizlik aksiyasında 142 nəfər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan hüquq-mühafizə orqanları məlumat yayıb.

09:28

Xəbər verdiyimiz kimi, Ermənistanda kütləvi aksiyalar başlayıb.

Metbuat.az xəbər verir ki, aksiyaçılar saat 08:00-dan 11:00-dək İrəvanda itaətsizlik aksiyası keçirir.

"Sputnik Ermənistan"ın məlumatına görə, artıq 53 nəfəri ı saxlayıb.


09:07

Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı kütləvi aksiyalar başlayıb.

Metbuat.az xəbər verir ki, bu gün səhər saat 8:00-dan 11:00-a kimi paytaxt İrəvanda geniş itaətsizlik aksiyalarının keçiriləcək.

Erməni KİV-i bildirir ki, artıq mərkəzə gedən bir çox yollar bağlanıb, avtobusların hərəkəti dayandırılıb.

Aksiyalar çərçivəsində həbslərin olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR