​Məhsulların təhlükəsiz, sağlam çatdırılması necə təmin edilir?

“AVT Logistics” bir ayda 1.7 milyon km yol qət edərək 14000 fərqli müştəriyə məhsul çatdırıb.

Qida təhlükəsizliyinin təmin edilməsində məhsulların daşınması və saxlanılması prosesinin düzgün qurulması əsas amillərdən biridir. Çünki tədarük zənciri istehsalat nöqtəsindən başlayıb mağaza rəfinə qədər olan böyük bir yoldur.

Ekspertlər də pandemiya dövründə ölkəmizdəki marketlərdə ərzaq qıtlığı baş verməməsini tədarük zəncirinin effektiv idarə olunmasında görür.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” məhsulların düzgün temperaturda, keyfiyyəti pozulmamış, soyuq zəncir prinsiplərinə əməl olunmaqla keyfiyyətli çatdırılmasını təmin etmək üçün investisiyalarını artırır. Logistika mərkəzi yollarda gedilən məsafəni azaltmaq üçün çox temperaturlu avtomobillərə sərmayə yatırır.

Şirkətdən verilən məlumata görə, hər gün 64000 km yol qət edilərək Azərbaycanın 4500 nöqtəsində müştərilərə mal çatdırılır.

Son bir ayda 1.7 milyon km yol qət edilib və 14000 fərqli müştəriyə mal çatdırılması həyata keçirilib.

Logistika Mərkəzi həftənin yeddi günü 24 saat olmaqla fəaliyyət göstərərək Bakı və regionlara vaxtında çatdırılmalar edir. Mərkəzin Mingəçevir, Salyanda anbarları, Xaçmaz, Qax, Gəncə, Şəmkir, Ağcabədi, Göyçay, Lənkəranda isə “X-dock” qəbul platformaları xidmət göstərir. Ötən ay ən çox mal çatdırılma Mingəçevir, Salyan və Şəmkirdəki mağazalara həyata keçirilib.

“AVT Logistics” məhsulun saxlanması, daşınması və çatdırılması zamanı “Qida təhlükəsizliyi və sanitar norma və qaydalar”a həssaslıqla yanaşır.

Qəbul edilən məhsullar keyfiyyətə nəzarət mütəxəssisləri tərəfindən müvafiq nəzarətlərdən keçdikdən sonra anbarın müvafiq bölmələrində FEFO (First Expire First Out) prinsipinə uyğun olaraq yerləşdirilir.

Logistika Mərkəzinə daxil olan məhsulların təhlükəsizliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laboratoriyalarında yoxlanılır. Məhsullar AQTA-nın uyğunluq sertifikatından sonra müştərilərə təqdim edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı