Qarabağla bağlı istənilən missiya Bakının razılığı ilə mümkündür - Peskov

"Rusiya sülhməramlıları mövcud mandatlarına uyğun olaraq məsələnin həllinə kömək etməkdə davam etmək niyyətindədirlər. Qarabağla bağlı istənilən missiya yalnız Bakının razılığı ilə mümkündür".

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Rusiya Federasiyası daxili işlər naziri Kolokoltsev və Paşinyanın cari məsələləri müzakirəsi tamamilə normaldır. Moskva Qarabağla bağlı Bakı və İrəvanla əlaqələri davam etdirir. Moskva ilə İrəvan arasında iqtisadiyyat sahəsində əməkdaşlıq Ermənistanın inkişafına mühüm töhfə verir, Rusiya bundan sonra da kömək edəcək. Kreml ABŞ-nin Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür. Rusiya sülhməramlıları mövcud mandatlarına uyğun olaraq məsələnin həllinə kömək etməkdə davam etmək niyyətindədirlər. Qarabağla bağlı istənilən missiya yalnız Bakının razılığı ilə mümkündür. Rusiya Federasiyası ABŞ-ın “şifahi müdaxilələri” ilə müqayisədə Qarabağ nizamlanması prosesində faktiki iştirak edir", - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı