Azərbaycanda polis faciəvi şəkildə həlak oldu

Gədəbəydə polis nəfəri xidmət vaxtı yol qəzasında həlak olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 26-da saat 17 radələrində Gədəbəy rayonu ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis nəfəri, 1996-cı il təvəllüdlü Cahan Orucov yol qəzasına düşüb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisə nəticəsində polis əməkdaşı həlak olub. Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR