Zümrüd Ağayeva UEFA-dan təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Metbuat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Serbiyada yerli “Srvena Zvezda” və İsveçrənin "Yanq Boyz" komandaları arasında keçiriləcək Gənclər Liqasının oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 4-də Belqradda gerçəkləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı