“Sülh quruculuğu prosesində medianın rolu” mövzusunda müzakirə keçirilib

“Sülh quruculuğu prosesində medianın rolu” mövzusunda müzakirələr keçirilib.

Metbuat.az bildirir ki, Azərbaycan Mətbuat Şurasının konfrans zalında keçirilən tədbir Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, beynəlxalq təşkilatlar münaqişə vəziyyətində olmuş cəmiyyətlər arasında sülhün yaradılması üçün istifadə edilən alətlərdən biri kimi medianın rolunu önə çəkirlər:

“Qeyd edirlər ki, müharibənin bitməsi, atəşkəsrazılaşdırmasının imzalanması davamlı sülhün yaranması üçün kifayət etmir. Dayanıqlı sülhün əldə edilməsi üçün münaqişətərəfi olmuş cəmiyyətlər sülhə hazırlanmalıdırlar. Bu prosesdə medianın roluna ciddi önəm verilir”.

Müşfiq Ələsgərli əlavə edib ki, 3 ay müddətində icra edilmiş layihə çərçivəsində medianın sülh quruculuğu prosesində iştirakını ehtiva edən beynəlxalq nəzəri fikirlər araşdırılaraq ümumiləşdirilb:

“Mövzu üzrə ən müxtəlif mənbələri tədqiqata cəlb etdik. Zəruri hissələrini ümumiləşdirərək Azərbaycan dilinə çevirdik və məqalə halında dərc etdik. Mövzu üzrə 5 məqalə dərc etmişik. Onlayn informasiya resurslarında yerləşdirdiyimiz bu məqalələr hər kəs üçün əlçatandırlar”.

Müşfiq Ələsgərli qeyd edib ki, layihə çərçivəsində görülən işlərin 2-ci istiqamətiErmənistan KİV-ləri üzərində monitorinqlərin aparılmasından ibarət olub:

“Məqsədimiz Ermənistan mediasının sülh quruculuğu prosesində iştirakformasınıaraşdırmaqdan, onların fəaliyyətinin bu kontekstdə beynəlxalq standartlara uyğunluğunu müəyyənləşdirməkdən ibarət idi. 3 ay müddətində apardığımız fasiləsiz monitorinqlərin nəticələrigöstərdi ki, Ermənistanın media ictimaiyyətininsülhyaratma prosesində iştiraklarıbeynəlxalq standartlara uyğun deyil. Əksinə, hətta onlar sülh prosesinin əleyhinə çalışırlar. Ermənistan mediasının fəaliyyətində sülhə yönəliksistemli davranış görünmür. Bu ölkənin mediası öz cəmiyyətlərində qisasçılıq hissinin artırılmasında rol alır. Biz bütün bu faktları qeydə aldıq, hesabat formasında tərtib etdik və beynəlxalq media təşkilatlarına göndərdik. Həmçinin, Ermənistan mediasının qeyd edilən dövr üzrə fəaliyyətini əks etdirən məqalələr hazırlayaraq, Azərbaycanın onlayn media resurslarında yerləşdirdik. Marağı olan şəxslərin istifadəsi üçün əlçatandır”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı