UEFA İsraildə keçiriləcək bütün oyunları ləğv etdi

UEFA növbəti iki həftə ərzində İsraildə keçiriləcək bütün oyunları ləğv edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə qurumun saytında məlumat verilib.

"UEFA mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq İsraildə növbəti bir neçə həftəyə planlaşdırılan bütün oyunları təxirə salır", - məlumatda bildirilir.

Qeyd edilir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək İsrail - İsveçrə matçı qeyri-müəyyən müddətə təxirə salınır. Bundan əlavə, 21 yaşadək futbolçular arasında Avropa çempionatının iki oyunu təxirə salınıb. İsrail oktyabrın 12-də Estoniya, 17-də isə Almaniya ilə qarşılaşmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı