Azad olunmuş ərazilərdə daha 98 mina aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Metbuat.az xəbər verir ki, bu qurumun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 2-dən 8-dək olan müddətdə tank əleyhinə 67, piyada əleyhinə isə 31 mina aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 426.5 hektar ərazi minadan təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR