Oyundan sonra gərginlik baş verdi - Əlini sıxmağı rədd etdi

Premyer Liqanın son çempionu "Mançester Siti"nin səfərdə "Arsenal"a 0-1 hesabı ilə məğlub olduğu oyundan sonra qarşıdurma baş verib.

Metbuat.az xəbər verir ki, matçdan sonra futbolçular soyunub-geyinmə otağına yollanarkən gərginlik yaşanıb. Gərginlikdə “Arsenal”ın məşqçisi Nikolas Jover də yer alıb. Məlumata görə, Jover “Mançester Siti”nin təcrübəli futbolçusu Keyl Uolkerin əlini sıxmaq istəyib.

Lakin futbolçu buna əhəmiyyət verməyib. Gərginlikdə Erlinq Haaland və digər futbolçular da iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı