İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrail və Fələstin arasındakı müharibə ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, o İranın Fələstinə dəstəyini bəyan edib:
"İsrailə hücum etməyi planlaşdıran fələstinlilərin əllərindən öpürük. HƏMAS-ın hücumu ilə İran arasında əlaqə yaratmaq səhvdir. Biz Fələstini dəstəkləyirik və onlarla fəxr edirik. İsrail hərbi və kəşfiyyat sahədə düzəlməz məğlubiyyətə uğradı”