“Toppuş bacı”nın qızı seriala çəkilir - VİDEO

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra seriala çəkilir.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Xəbər-ətər” verilişində danışılıb.

O, “İkinci bahar” adlı serialda “Toppuş” obrazını canlandırır.

Ekran işinin baş rol ifaçısı Əməkdar artist Dilarə Əliyeva Zəhranın olduqca istedadlı olduğunu deyib: “Səhnədə, ekranda olmağı haqq edən balaca aktrisadır. İnşallah parlaq gələcəyi olacaq, gözəl və maraqlı xarakterləri ilə tamaşaçıları sevindirəcək”.

Xatırladaq ki, T. Əliyeva bu il yanvarın 22-də vəfat edib. “Toppuş bacı” obrazı ilə məşhurlaşan aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı