Nürnberq məhkəməsinə bənzər "Bakı Tribunalı" - Kamran Məmmədli yazır

1945-cı ildə müharibə cinayətlərində və təcavüzkar müharibə aparmaqda ittiham olunan nasist Almaniyası liderlərinin Nürnberq məhkəməsi prosesi başladılmışdır. Bir il sonra, 1946-cı ildə bənzər proses şərqdə başladıldı.

Tokio tribunalı Yaponiyasiyasətinin aparıcı fiqurlarını cəzalandırmaq məqsədi daşıyırdı və prinsip etibarilə, Nürnberq tribunalı ilə eyni formatda idi. Bu tribunalların yurisdiksiyasına sülh əleyhinə cinayətlər, müharıbə cinayətləri və insanlıq əleyhinə cinayətlər aid edilmişdi.

Bu Tribunalın Nizamnaməsi və çıxardığı hökümlər illər sonra beynəlxalq cinayət hüququnun inkişafında önəmli rol oynamışdı .İlk dəfə müttəhim dövlət başçısı və ya digər məsul vəzifəli şəxs olsaydı belə,bu onun törətdiyi cinayətlərin məsuliyyətindən onuazad etmirdi. Eyni zamanda cinayətin yuxarı vəzifəli şəxsin və ya hərbi komandirin əmrinə əsasən törədilməsi tabeçilikdə olan şəxsi məsuliyyətdən azad etmirdi.

Hətta son günlərdə Ermənistandaratifikasiya olunan Roma statutuda bu prinsiplər əsasında qəbul olunmuşdu . 2002-ci il iyulun 1-də Roma Statutunun qüvvəyə minməsi ilə dövlətlər bəşər tarixində ilk dəfə olaraq, daimi fəaliyyət göstərən müstəqil cinayət məhkəməsinin yurisdiksiyasını tanıdılar. Butün bunları nəzərə alaraq hesab edirəm ki,dövlətimizin də oxşar prosesi işə salması labüddür. Qarabağ bölgəsindəki keçmiş separatçı qurumun hərbi-siyasi rəhbərliyi üzərində özünün “Nürnberq tribunalı”nı niyə də təşkil etməsin? Son 30 il ərzində bu şəxslər öz separatçı siyasətləri ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində separatçılıq edib, sülh və insanlıq əleyhinə cinayətləri maliyyələşdirməklə, bu cinayətlərin bilavasitə törədilməsini təşkil və iştirak ediblər. Bu Beynəlxalq Cinayət Məhkəməsinin 6,7 və 8-ci maddələrinə tam uyğundur. Həmin maddələr üç cinayət növünü əhatə edir: soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər.

Soyqırımı cinayəti özündə “milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək niyyətilə törədilən” çoxsaylı hərəkətləri ifadə edir. İnsanlıq əleyhinəcinayətlər “hər hansı mülki əhaliyə qarşı yönəlmiş genişmiqyaslı və ya sistematik hücumun bir hissəsi olaraq törədilən” fəaliyyəti nəzərdə tutur və özündə adamöldürmə, kölə vəziyyətinə salma, deportasiya, işgəncə və təcavüzü ehtiva edir.Müharibə cinayətləri isə cinayətlərin geniş miqyasda törədilməsinin bir hissəsi kimi törədildikdə” Cenevrə Konvensiyasının və beynəlxalq silahlı münaqişələrdə tətbiq edilən digər adət və ənənələrin, qanunların kobud surətdə pozulmasını ehtiva edir. Göründüyü kimi, vəhşi erməni separatçıların törətdikləri bütun bu cinayətlər Beynəlxalq Cinayət Məcəlləsinin maddələrində öz əksini tapır.

Dövlətimizin əlində Erməni vandallarıntörətdikləri cinayətlər haqda yüzlərlə sübut var. Xocalı soyqırımından, yüzlərlə qəsəbə və kəndlərin talan olumasından, əhalinin etnik təmizləməsindən, tarixi abidələrin, qəbiristanlıqların dağıdılmasında və digər cinayətlər barədə əlimizdə kifayət qədər dəlil var. Bu baxımdan hesab edirik ki,Azərbaycan birmənalı olaraq bu məsələni qabartmalıdır . Azərbaycan hətta bu məhkəmə prosesini açıq, TV-lərdə canlı yayım verərək hamı üçün şəffaf şəraitdə keçirə bilər . Hətta BMT, Beynəlxalq Haaqa Məhkəməsi, Avropa təşkilatları kimi strukturların nümayəndələrini, Beynəlxalq media quruluşlarını dəvət edə bilər.

Bir sözlə, Nürnberq məhkəməsinə bənzər "Bakı Tribunalı" kimi tarixə keçəcək bir prosesi başlatmağımız çox önəmlidir. Bu prosesin başqa bir önəmi, bütün beynəlxalq ictimayətə 30 il ərzində bizə qarşı törədilən cinayətləri sübutlu şəkildə nümayiş etdirməkdir. Həmçinin bu illərdi həmin dövlətlərin bu cinayətləri törədənlərə necə dəstək vermələrini sorğulamağımızdır. Onlara, onların gözləri önündə bu cinayətləri törədənləri ifşa etməyimizdir .Hətta bu məsələdə daha da irəli gedib, həbs olunmayan və qaçmağa nail olan digər hərbi cinayətkarlara qarşı beynəlxalq müstəvidə iş qaldırmağa çalışmalıyıq. BMT-nin Təhlükəsizlik Şurasının tərəfindən xüsusi hərbi tribunal yaratmasına nail olmağa çalışmalıyıq. Eyni zamanda Beynəlxalq Cinayət Məhkəməsində də bu haqda məsələni gündəmdə saxlamalıyıq . Düzdür , Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil və həmin məhkəmənin Nizamnaməsi onun yuridiksiyası iştirakçı dövlətlərin ərazisində baş verən cinayətlərə şamil olunur.

Ancaq ərazisində beynəlxalq cinayətlər törədilən və hətta iştirakçı olmayan dövlət Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin 12-ci maddəsinə uyğun olaraq xüsusi deklarasiya qəbul edib, konkret işləri məhkəmənin baxışına çıxara bilər. Qısacası, əlimizdə olan bütün hüquqi metodlardan istifadə etməliyik . Artıq bundan sonra yeni dövr başlayır, bundan sonra Erməniləri məhkəmələrdə, beynəlxalq aləmdə , hər yerdə süründürərək elə bir dərs verməliyik ki, onlar bir daha bundan ayıla bilməsinlər. Bir daha, heç bir dövlətə qarşı torpaq iddiası qaldırmasınlar. Bir daha, heç bir dövlətin tərkibində separatçılıqla məşğul olmasınlar.

Kamran Məmmədli, AĞ Partiya başqan müavini


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı