Sözümüz imzamızdır: 20 il - Fləşmob

Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Sözümüz imzamızdır: 20 il” devizli fləşmob keçirilib.

YAP-ın mətbuat xidmətindən bildirilib ki, fləşmobda min nəfərdən artıq gənc Prezident İlham Əliyevin “Sözümüz imzamızdır” ifadəsi, dövlət başçısının imzası və “20” rəqəmi formasında düzülüb.

Fləşmobun əsas ideyasını Prezident İlham Əliyevin 20 il ərzində xalqa layiqincə xidmət etməsi, Müzəffər Ali Baş Komandan kimi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək əsrin qalib ölkəsinə çevirməsi təşkil edib.

Fləşmob iştirakçıları 20 il öncə - 2003-cü ilin 15 oktyabr tarixində xalqın düzgün qərar verərək ölkədə Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləməsini canlandırıblar. Azərbaycan xalqının Prezident İlham Əliyevə etimad göstərməklə əmin-amanlığın, quruculuğun və inkişafın tərəfində olduğunu nümayiş etdirməsi diqqətə çatdırılıb.

Fləşmob rayon sakinlərində də böyük maraq oyadıb və xoş təəssürat yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı