Qvardiola bu futbolçunu almaq üçün 3 saat yalvarıb - O isə “Real”ı seçdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın "Real Madrid"ə transfer olmazdan əvvəl ingilis ulduz Cud Bellinqhemi razı salmağa çalışdığı ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, “Mançester Siti” “Borussia Dortmund”a daha çox pul təklif edib. “Cadena Ser”in məlumatına görə, ingilislərin futbolçuya təklif etdiyi məvacib də “Real Madrid”in təklif etdiyi məvacibdən çox olub.

Bildirilir ki, Qvardiola Bellinqhemi razı salmaq üçün onunla 3 saat danışıqlar aparıb. Görüş zamanı Qvardiola yarımmüdafiəçiyə Premyer Liqanın daha yaxşı seçim olacağını və “Mançester Siti”nin daha yaxşı klub olduğunu bildirib. Bellinqhem daha sərfəli təklifə baxmayaraq İspaniyaya köçməkdə qərarlı olub.

Qvardiola qərara hörmətlə yanaşıb və həm Bellinqhemə, həm də “Real Madrid”ə uğurlar arzulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı