AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.

Metbuat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Gənclər Liqasında Belqradda keçiriləcək “Partizan” (Serbiya) – "Universitatya Krayova" (Rumıniya) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 25-də baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR