Mourinyo Yaxın Şərqdən gələn fantastik təklifi qəbul etdi

“Roma”nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanından gələn təklifi qəbul edib.

Metbuat.az xəbər verir ki, buna görə də, Mourinyo “Roma” ilə mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmaq üçün danışıqlar aparmayıb. “Sky Sports”un məlumatına görə, Yaxın Şərq klubu Mourinyoya iki illik müqavilə üçün 104 milyon funt sterlinq təklif edib. İddialara görə, tərəflər razılığa gəlib.

Qeyd edək ki, bu təklif həyata keçərsə, Mourinyo dünya futbolunun ən çox məvacib alan məşqçilərindən biri olacaq. Bundan əvvəl Mourinyo Səudiyyə Ərəbistanında işləyəcəyini bildirmişdi:

"Mən bütün diqqətimi “Roma”ya yönəltmişəm və burada olduğum son günə qədər hər şeyimi verəcəyəm. Gələcəyi heç kim bilmir, amma bir gün Səudiyyə Ərəbistanında məşqçilik edəcəyimə inanıram. Mən nə vaxt olacağını bilmirəm, amma bu, mütləq edəcəyim bir şeydir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı