"Qızıl top"da sürpriz olacaq? - 52 qol vuran Haaland...

“Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi, "Qızıl top" namizəd olan Rodri mükafatın kimin qazanacağını açıqlayıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Erlinq Haaland da yaxşı mövsüm keçirərək, “Mançester Siti”də 52 qol vurub və 3 kubok qazanıb. Rodri bunun böyük uğur olduğunu ifadə edib. Lakin o qeyd edib ki, mükafatı Lionel Messi qazanacaq.

“Düşünürəm ki, Leo Messi bu mükafatı alacaq. Haaland da böyük futbolçudur və xidmətləri var. Mən də namizədlərdənəm, amma bu mükafatın marketinq olduğunu bilirəm. Mən daha çox kollektiv mükafatlara diqqət yetirirəm”- Rordi deyib.

Qeyd edək ki, Lionel Messinin Argentina ilə dünya çempionu olmasının onun qalib seçilməsinə təsir edəcəyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı