Azərbaycanlı politoloq Rusiyaya necə casusluq edib?

Xəbər verdiyimiz kimi, politoloq Nəzakər Məmmədova ötən gün "dövlətə xəyanət" ittihamı ilə saxlanılıb və məhkəmənin qərarı ilə barəsində istintaq müddətində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, Nəzakət Məmmədovanın Rusiyaya casusluğa görə saxlanılması barədə məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksəriyyət onun Rusiya-Ukrayna savaşında Kremli dəstəklədiyi, hətta Azərbaycana qarşı da Moskvanın maraqlarını təbliğ etdiyi, bütün sosial şəbəkə paylaşımlarının rusyönlü olduğu üçün saxlanıldığını iddia edib.

Dosent Zaur Əliyev isə daha detallı informasiya ilə çıxış edib. O bildirib ki, Rusiya və ya hər hansı ölkənin maraqlarına xidmət edən statuslar yazmaq və paylaşımlar etməklə adamı həbs etmirlər:

"Ancaq dünyanın terrorçu təşkilat kimi tanıdığı "Vaqner"i təbliğ edən Teleqram kanalını yaratmaq, informasiya ötürmək, müharibənin ən qızğın vaxtında Ukraynaya, döyüşlərin getdiyi təhlükəli bölgəyə səfər etmək şübhəlidir: ora hansı yolla, hansı maliyyə ilə gedilib? Türkiyəyə getmək, görüşlər keçirmək, bank hesabına gələn şübhəli məbləğlərdir əsas səbəb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı