Xudatda “TIR” piyadanı vuraraq öldürdü

Xudat şəhərində “TIR” piyadanı vuraraq öldürüb.

Metbuat.az xəbər verir ki, hadisə Xudat şəhərinin ərazisində baş verib.

Belə ki, Türkiyə vətəndaşının idarə etdiyi yük avtomobili piyada, Qusar rayonu Əniğoba kənd sakini, 1981-ci il təvəllüdlü Qocayev Hamlet Qədimulla oğlunu vurub.

Piyada müxtəlif dərəcəli xəsarətlər ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR