Azərbaycanda tanınmış professor vəfat etdi - FOTO

Azərbaycanlı lüğətşünas alim, ingilis dili mütəxəssisi, filologiya elmləri doktoru, professor Oruc Musayev vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhum alimin ailəsindən məlumat verilib.

Bildirilib ki, alim bu gün bir neçə saat əvvəl 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, O.Musayev 1929-cu ildə indiki Şəmkir rayonunun Dəlləkli kəndində kəndli ailəsində anadan olub. O, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Hind-Avropa dilləri şöbəsinin müdiri idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR