Müğənni Xatirə İslam sosial şəbəkədə tənqid yazanlara cavab verib.
Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, sənətçi mətbəxtdə iş görərkən dibi yanan qazanın videosunu paylaşıb. O, xanımlara səslənərək, onlara məsləhətlər verib:
"İnstaqramda və TikTok-da vaxt keçirdəndə qazanlarınız bu günə düşəcək. Bunu ancaq tullamaq lazımdır. Ona görə də ev işləri ilə məşğul olun. Gözəl işlər edin. Ev xanımları, instaqramda və TikTok-da az oturun. Onu-bunu az müzakirə edin. Camaata ağzınıza gələn təhqiri az yazın".