Günə bir stəkan su ilə başlamaq üçün 5 səbəb

İnsan bədəninin 50%-dən çoxu sudan ibarətdir. Ona görə də bədənin düzgün işləməsi üçün orqanizmi gündəlik lazımi qədər su ilə təmin etmək lazımdır. Çünki bədənin suya olan tələbatı ödənilmədikdə, bu, müxtəlif xəstəliklərə səbəb ola bilər.

Bəs səhərlər ilk növbədə su içməyin sağlamlıq üçün hansı faydaları olduğunu bilirsinizmi?

Metbuat.az Qafqazinfo-ya istinadən suyun həmin faydaları barədə məlumatı təqdim edir:

Yaponlar hər səhər oyandıqdan dərhal sonra ac qarına su içmək ritualına malikdirlər. Çünki sağlamlığa və ruh yüksəkliyinə gedən yolun məhz səhər bir stəkan sudan başladığını bilirlər.

1. Səhər su içmək bədəni nəmləndirməyə kömək edir.

6-8 saatlıq yuxu zamanı bədəndəki su ehtiyatı demək olar ki, mənimsənilir. Buna görə yuxudan oyananda iki və ya üç stəkan su içərək orqanizmi nəmləndirmək lazımdır. Bu, həm də bağırsaqları hərəkət etdirməyə də kömək edir.

2. Səhər su içmək beynin ayıqlıq səviyyəsini artırır. Yəni bu, beynin sürətli fəaliyyətinə siqnal verir.

Yorğunluğun əsas göstəricilərindən biri susuz qalmaqdır. Uzun müddətdən - yatandan sonra səhər qəbul edilən qida bədən üçün şok effekti verə bilər. Lakin əgər ilk istehlak sudursa, o, bədəni işə hazır vəziyyətə gətirəcək və ayıqlığı artıracaq. Çünki su qırmızı qan hüceyrələrinin daha sürətli böyüməsini stimullaşdırır və qanda daha çox oksigen əmələ gətirir.

3. Səhər ilk növbədə su içmək xəstəliklərlə mübarizə aparmağa kömək edir və immunitet sistemini gücləndirir.

Aç qarına su içmək immunitet sisteminə tarazlıq gətirməyə kömək edir. Bu, orqanizmi tez-tez xəstələnməkdən və viruslardan qorunmağa kömək edəcək.

4. Səhər ilk iş su içmək olarsa, bu, bədəndəki toksinləri atmağa kömək edəcək.

Səhər bir neçə stəkan su bədəndə bir gecəyə yığılan bütün toksinləri atmağa kömək edir. Çünki gecə insan bədəndəki bütün toksinləri bir hissəyə yığır. Səhər acqarına su içərkən də, bu zərərli maddələr təmizlənir. Bu zaman təbii olaraq bağırsaqların hərəkəti stimullaşır.

5. Səhər su içmək sağlam arıqlamağı gücləndirir.

Səhər acqarına su içdikcə bütün toksinlər bədəndən atılır və həzm sisteminin fəaliyyəti yaxşılaşır. Həmin gün daha az aclıq hissi yaranacaq. Bununla da həddindən artıq yeməkdən qaynaqlanan kökəlmənin qarşısı alınacaq.

Qeyd edək ki, 12 həftə gündə üç dəfə yeməkdən 30 dəqiqə əvvəl 500 ml-ə qədər su içmək 2 kilo bədən çəkisini itirməyə kömək edir. Odur ki, günə yeməkdən təxminən 30 dəqiqə əvvəl su içməklə başlamaq ən unikal variantdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı