Müğənni Teylor Svift milyarder elan olundu

Amerikalı pop-müğənni Teylor Svift milyarder elan olunub.

Metbuat.az-ın məlumatına görə, bu barədə məlumatı“Bloomberg” agentliyi yazıb. Qeyd olunub ki, 33 yaşlı sənətçinin ümumi var-dövləti son musiqi turundan sonra bir milyardı keçib. Onun bu yay ərzində reallaşan qastrol səfərləri nəticəsində ABŞ-nin ÜDM-si 4.3 milyard artıb. Onun konsert və qastrol səfərlərində ərazidəki hotellərdə və restoranlarda yer tapmaq mümkün olmur. "Bloomberg" etiraf edir ki, Svift ABŞ iqtisadiyyatının inkişafına dəstək verən sənətçilərdəndir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı