AFFA millinin futbolçularını mükafatlandırıb.
Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində Estoniyaya səfərdə 2:0 hesabıyla qalib gələn yığmanın üzvləri federasiya tərəfindən kifayət qədər yüksək məbləğdə mükafatlandırılıb.
Belə ki, qurum Tallindən 3 xalla dönən komandanın oyunçularına 30 min manat ödəmə edib.
Canni De Byazinin çalışdırdığı kollektiv hazırda qrupda dördüncü yerdədir. Aktivində 4 xal olan millimiz turnir cədvəlində yalnız estonları qabaqlayır.