"Deyib onu götürsün, dolaba baxdım ki..." - Tünzalənin əri / FOTO

“Bu güllər yoldaşıma aldığım ilk güllər idi. Onu saxlayırdı. Deyirdim ki, eşqim, at getsin. Cavab verirdi ki, axı bunu mənə sən almısan, necə atım? 9 il saxladı, indidən sonra isə mən saxlayacağam!”

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal deyib.

“21 yanvar Tünzalə anama deyib ki, mən öləcəyəm. Artıq son günümdür. Röyala de ki, narahat olmasın, sıxıntı çəkməsin. Dolabda 1000 manat pul var. Onu götürsün, yas üçün sıxıntı çəkməsin. Bunu mənə yanvarın 24-ü anam dedi. Dolaba baxdım ki, 2 dənə 500 AZN saxlayıb. Eh Tünzalə, mənim saçlarımın ağardığını görmədin. Deyirdin sənin saçların ağaranda yaraşacaq. Amma mən şanslıyam ki, sənin ağaran saçlarını gördüm” – deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı