Ərdoğandan Qəzza ilə bağlı çağırış

“Bizim prioritetimiz Qəzzada humanitar atəşkəsin tətbiq edilməsidir”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib. O deyib:

“Mədəniyyətimiz, sivilizasiyamız bizə ədalətə riayət etməyi, məzlumun əlindən tutmağı, haqsızlıq qarşısında susmağı tövsiyə edir. Fələstində bütün dünyanın gözü qarşısında misli görünməmiş insan faciəsi yaşanır. Xəstəxanalar, məktəblər, məscidlər, kilsələr, qaçqın düşərgələri bombalanır, günahsız uşaqlar vəhşicəsinə qətlə yetirilir. Şahidi olduğumuz bu vəhşiliyi izah edəcək, bəhanə gətirəcək heç bir konsepsiya yoxdur. Biz Türkiyə olaraq bu böhranın ilk başladığı andan prinsipial və humanitar mövqe tutmuşuq. Bizim prioritetimiz tez bir zamanda humanitar atəşkəsin tətbqi edilməsidir. Biz həmçinin müsəlman, xristian və ya yəhudi olmasından asılı olmayaraq hər kəsin təhlükəsizliyini təmin edəcək yeni mexanizmlər üzərində işləyirik. Beynəlxalq sülh konfransı üçün zəmin yaratmaq səylərimiz davam edir. Türk dünyası olaraq birlik və bərabərlik içində hərəkət etmək əvvəlcə atəşkəsə, sonra isə daimi sülhə gedən yolu asanlaşdıracaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı