Əməkdar artistin oğlu küçərdə yaşayır: "Bacım evləri ələ keçirib"

"Bacım mənimlə danışmır. Ailəmizin 3 evini bacım mənimsədi. Bir-iki dəfə onun həyat yoldaşının yanına barışmaq üçün getmişəm. Ona vəziyyəti danışmışam. Dedim ki, özümə də bir daxma lazımdır ki, orada qalım. Amma onlar məni təhqir ediblər. Mənim Rövşən adında bir qardaşım da var. Onunla əlaqəm var, danışırıq. Bütün bu problemlərin başında bacım dayanır".

Metbuat.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) oğlu Cümşüd "Bizimləsən" verilişində deyib. Hazırda küçələrdə yaşayan Cümşüd bacısı Aygün Abdullayevanın atasından qalan evləri mənimsədiyini deyib:

"Atamın yaşadığı evdən 40 mərasimindən sonra çıxartdılar. Şəhərin mərkəzindəki Prezidentin verdiyi evi isə atam sağlığımda dedi sənə verəcəyəm. Yasamalda başqa bir evi isə mənə dedi ki, həyat yoldaşına ver. 200 minlik evi həyat yoldaşıma verdim. Sonra həbsxanaya düşdüm. Orada olanda mənə bacım zəng edib ağladı ki, etibarnamə ver atadan evi lım. Bacımla atam 20 il danışmadı. Bacım atama sözünü mənim vasitəmlə deyirdi. Qoşulub qaçdığı üçün atam onu danışdırmırdı". Cümşüd bildirib ki, bacısı onu psixiatriya xəstəxanasına yerləşdirib:

"Bacımın həyat yoldaşı vəzifəli şəxsdir. İmkanları var. Bacım xəstəxanaya zəng vurub söylədi ki, qardaşım, yəni mən guya özümü normal aparmıram. Bunu isə onlardan pul və ev istədiyimə görə etdi. Onlarla dalaşmadım. Üstümə böhtan atdılar ki, guya mən onları təhqir etmişəm. Onun əri bələdiyyə sədridir".

Qeyd edək ki, Dədə Süleyman ötən il vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı