Azərbaycanda yol qəzasına düşən müğənninin BURNU SINDI - VİDEO

Müğənni Türkanə ağır yol qəzası keçirib.

Metbuat.az lent.az-a istinadən bildirir ki, bu barədə məlumatı xanəndə, Əməkdar artist Eldəniz Məmmədov öz sosial şəbəkə hesabında paylaşıb.

Müğənniyə baş çəkən Əməkdar artist onun bu ağır qəzadan sağ çıxmasını möcüzə adlandırıb.

"Mən dedim hər şey yəqin bitdi. Sağ qalmağın özü möcüzədir. İnşallah burdan çıxıb üzünə əl gəzdirərsən, özünü yığdırırsan, hər şey yaxşı olacaq" - deyə Eldəniz Məmmədov zarafat da edib.

Qəza zamanı bədənindən və üzündən travmalar alan müğənninin burnu sınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR