Həmin siyahıda sabiq nazirin nəvəsi də var imiş - FOTO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2024" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

Metbuat.az Axşam.az-a istinadən bildirir ki, namizədlər arasında mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə Əliyeva da yer alıb. O, seçim turlarına Lexa adı ilə qatılıb.

Lexa 16 iştirakçı siyahısına düşsə də, canlı dinləmələrdən növbəti mərhələyə keçə bilməyib.

"Məni dəstəkləyən hər kəsə dərin təşəkkürümü bildirirəm. Məni dəstəkləməniz və sevginiz işimi daha da dəyərli hiss etdirdi. Bu yolda bir çox əyləncəli anlar yaşadım. Bu təcrübəni keçdiyim üçün özümlə fəxr edirəm. Çox sayda layihələrim var. Onların üzərində işləyib, sizinlə bölüşəcəyəm. Yarışmada qalan iştirakçılara uğurlar arzulayıram" deyə, Aliyə paylaşımında yazıb.

Qeyd edək ki, Aliyə N.Əliyevin oğlu Fərhad Əliyevin ilk evliliyindən olan qızıdır. F.Əliyev hazırda "Avroviziya" təmsilçilərimizdən olan Safurə Əlizadə ilə ailəlidir. Onun bu nikahdan 3 övladı var.

Aliyə bundan əvvəl "Zima" uşaq festivalına qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı