Prezident göstəriş verdi, həmin lövhə söküldü - FOTO

Kəlbəcər rayonunun Vəngli kəndi işğal altında olarkən ermənilər tərəfindən azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəldilən lövhə sökülüb.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində səfərdə olan zaman lövhənin sökülməsi barədə göstəriş verib.

Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə kommunal-təsərrüfat işçiləri lövhəni söküblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı