Müğənni Leyla Rəhimova ərindən boşanır - FOTO

Müğənni Leyla Rəhimova və həyat yoldaşı Zaur Cəlil ayrılıb. Ailə qurduqdan sonra həyat yoldaşı ilə Amerikaya köçən Leyla uzun müddətdir ki, Bakıya qayıdıb.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, Leyla boşanmaq üçün rəsmi olaraq məhkəməyə müraciət etdiyini açıqlayıb. Bu haqda "Rəngarəng səhər" proqramında danışan ifaçı barışmaq istəmədiyini söyləyib.

O bildirib ki, həyat yoldaşı onu Azərbaycana valideynlərini ziyarət etməyə gətirib:

"Hər zamankı kimi məni gətirdi və özü Amerikaya qayıtdı. Aramızda söz-söhbət olmuşdu. Amma bu cür edəcəyini bilmirdim. Sosial şəbəkədə yazdı ki, ayrılmışıq. Heç cür onunla barışmayacağam. Məhkəməyə də müraciət etmişəm".

Qeyd edək ki, Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, o, paylaşımında yazıb.

Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Müğənninin həyat yoldaşı həm musiqi, həm də idmanla məşğul olur və uzun illərdir xaricdə yaşayır. Leyla da ailə qurduqdan sonra Amerikaya köçüb və sənətdən uzaqlaşıb. Cütlüyün 3 övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı