BMT-də Qəzza ilə bağlı qətnamə qəbul edildi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üç daimi üzvü, Rusiya, ABŞ və Böyük Britaniya Qəzzadakı münaqişədə "dərhal və uzunmüddətli fasilə" tələb edən qətnamə layihəsinə səsvermədə bitərəf qalıb.

Metbuat.az xəbər verir ki, 15 üzvdən ibarət şurada Maltanın təqdim etdiyi qətnamə layihəsi 3 bitərəf səsə qarşı 12 “hə” səsi ilə qəbul edilib. Səsvermədən sonra açıqlama verən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild, "HƏMAS-ın terror fəaliyyətini pisləməmək üçün heç bir əsas yoxdur. Bu qarşıdurmanı HƏMAS başlatdı" deyə bildirib.

Böyük Britaniyanın BMT-dəki Daimi Nümayəndəsi Barbara Vudvord "Bu qərar insanların həyatını xilas edəcək. Yardımların daha çox yollarla tez çatmasını təmin etmək üçün birgə hərəkət etməliyik” deyə qeyd edib.

Vudvord HƏMAS-ın terror fəaliyyətləri pislənmədiyi üçün səsvermədə bitərəf qaldıqlarını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı