Aİ öz qüvvələrini Rusiya ilə sərhədə göndərməyə hazırdır - KİV

Avropa İttifaqının "Frontex" sərhəd nəzarəti agentliyi öz qüvvələrini Finlandiyaya, Rusiya ilə sərhədə göndərməyə hazırdır.

Metbuat.az-ın məlumatına görə, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb.

“Frontex”in Finlandiyaya hansı kontingenti göndərəcəyi barədə hələ qərar verməyib. Kontingentin gəlişinin dəqiq vaxtı da hələlik məlum deyil.

Bundan əvvəl noyabrın 16-da baş nazir Petteri Orpo Finlandiya hökumətinin ölkənin şərqindəki 4 sərhəd keçid məntəqəsini bağlayacağını bildirib. Daxili işlər naziri Mari Rantanenin sözlərinə görə, Vaalimaa, Nuijamaa, İmatra və Niiraladakı keçid məntəqələri bağlanacaq, qərar 2024-cü il fevralın 18-dək qüvvədədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı