Rəmişin evi yüksək qiymətə satıldı - MƏBLƏĞ

Xalq artisti, mərhum sənətkar Rəmişin (Rafiq Hüseynov) sağlığında yaşadığı evi satılıb.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sənətkarın Yasamal rayonu Şərifzadə küçəsi, İnşaatçılar metrosu, "Ağ çiçəyim" şadlıq evinin yaxınlığında yerləşən 3 otaqlı mənzili 280 min manata satılıb.

Sayt məsələ ilə bağlı mərhumun həyat yoldaşı Gülü ilə əlaqə saxlamağa çalışıb. Lakin Gülü xanım danışmaq istəməyərək, telefonu qapadıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı